Amerikalı repçi Bakıda konsert verəcək

Amerikalı repçi Bakıda konsert verəcək
  10 Oktyabr 2018    Oxunub:12467
ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Baltimor şəhərindən olan repçi, musiqiçi və sahibkar Uordsmis oktyabrın 7-20-də ilk dəfə Azərbaycanda səfərdə olacaq.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, Uordsmis və onun qrupu ictimaiyyət üçün müxtəlif konsertlər, yerli musiqiçi və tələbələr üçün ustad dərsləri təşkil edəcək.

Unikal repçi, qrupu ilə birlikdə ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri Proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcək. Bu Proqram mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfər təşkil edir.

Uorldsmisin Azərbaycandakı bütün konsertləri ictimaiyyət üçün açıq və ödənişsizdir. ABŞ səfirliyi Amerik hip-hop musiqisi ilə maraqlananları aşağıda qeyd olunan konsertlərə dəvət edir:

13 oktyabr, 19:00 - Park Bulvar Moll

16 oktyabr, 19:00 - YARAT Müasir İncəsənət Məkanı

20 oktyabr, 19:00 - Rəşid Behbudov adına Mahnı Teatrı

Uorldsmis hip-hopu güclü motivasiyalı mesajla ifa edir. Onun missiyası çox sayda insanları tələb olunan keyfiyyətli müsiqi ilə təmin edərək məqsədli mesaj vasitəsi ilə onları əyləndirmək və maarifləndirməkdir.

Morqan Dövlət Universitetində futbol oynamaq üçün tam idman təqaüdünü qazanmasına baxmayaraq, Solsberi Universitetinə keçirildi, bu isə Uorldsmisin əyləncə sferasına diqqətini cəlb etdi. O, təhsilini Teatr Sənəti üzrə bakalavr dərəcəsi ilə tamamladı. Uordsmis musiqi və teatra olan məhəbbətini biədəb sözlərdən azad olan və məzmunla dolu idarə olunan mesaj və hər yaş üçün əyləncəli olan yüksək ifadəli çıxışları birləşdirir. Uordsmis musiqisi hər kəs üçündür!

Uordsmis 2018-ci ili Marin Alsop və Baltimor simfonik orkestri ilə birlikdə "Heyvanların Karnavalı" üçün hip-hop hekayəsinin təqdimatı ilə başlayıb. 16-cı Müstəqil Musiqi Mükafatlandırma Perspektivli Musiqili Avtomat (Musiqi Qutusu) üçün Ən Yaxşı Rep / Hip-Hop Albom üçün nominasiya və qalibiyyət üfüqdə görünürdü, televiziya müsahibələri və tamaşalar isə qısa müddət sonra oldu. Uordsmis, 2018-ci ili öyrətmək, çıxış etmək və məqsədli mesajı yaymaq üçün Azərbaycan və Haitiyə geniş səfər səbirsizliklə gözləyir.

Uorldsmisin xeyriyyəçi, müəllim və musiqiçi kimi göstərdiyi fəaliyyəti ona Afrika, İsrail, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və başqa ölkələrə səfər etməyə yol açıb. Dövlət Departamenti, Baltimor meriyası, “Keller Uilliams Realiti”, “Open Dor Baltimor” və “Pleys” layihəsi Uorldsmisə şəhər gəncləri və evsizlərə yardım etməyə imkan verib.

Daha ətraflı məlumat əldə etmək üçün ABŞ səfirliyinin "facebook" səhifəsinə daxil ola bilərsiniz: www.facebook.com/baku.usembassy

AzVision.az


Teqlər: Reper   Konsert   Səfirlik  





Xəbər lenti