Rezidenturaya qəbul olanların nəzərinə!

Rezidenturaya qəbul olanların nəzərinə!
  10 Oktyabr 2018    Oxunub:8644
2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslərin klinik bazalarda rezidentura səviyyəsində hazırlığına 10 oktyabr 2018-ci il tarixindən başlanılır.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rezidenturaya qəbul olmuş və qeydiyyatdan keçmiş şəxslər aşağıdakı sənədləri təqdim etməklə qəbul olduqları klinik bazalara müraciət etməlidirlər:

• Şəxsiyyət vəsiqəsinin əsli və surəti

• Ali baza tibb təhsili haqqında diplomun əsli və surəti

• Tərcümeyi-hal

• Sağlamlıq haqqında arayış

• Hərbi bilet (mövcud olduğu halda)

• Əmək kitabçası (mövcud olduğu halda)

• Dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda)

• Soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd

• Fotoşəkil 3 x 4 ölçüdə, 1 ədəd

AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Rezidentura  





Xəbər lenti