Ceyhun Bayramov vətəndaşları qəbul edəcək

  08 Oktyabr 2018    Oxunub : 6519
Ceyhun Bayramov vətəndaşları qəbul edəcək
Təhsil naziri Ceyhun Bayramov Tərtər rayonunda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbul oktyabr 19-u saat 10:00-da Tərtər şəhərindəki Gənclər Mərkəzində mərkəzində olacaq.

Qəbulda Ağdam, Füzuli, BeyləqanTərtər rayon sakinləri, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar oktyabr ayının 8-12-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla https://azvision.az/redirect.php?url=http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

AzVision.az

Teqlər: Ceyhun-Bayramov   Qəbul