Dövlət qulluğuna sınaq imtahanları keçiriləcək

Dövlət qulluğuna sınaq imtahanları keçiriləcək
  05 Oktyabr 2018    Oxunub:7867
Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün növbəti sınaq imtahanları keçirəcək.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 10 və 20 oktyabr tarixlərində keçiriləcək. Bu imtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq.

Sınaq imtahanlarının keçirilməsində məqsəd müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək etməkdir.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti