Sumqayıt Teatrı Bakıya gəlir

  03 Oktyabr 2018    Oxunub : 11609
Sumqayıt Teatrı Bakıya gəlir
8 oktyabr saat 19:00-da Sumqayıt Dövlət Dram Teatrı Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv teatrsevərlərə Azərbaycan Cümhuriyyətinin 100, Hüseyn Cavidin 135 və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş “Zülmətdə nur” (Nizami Muradoğlu) mənzum pyesi əsasında hazırlanan tamaşanı nümayiş etdirəcək.

Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi bu səhnə əsəri 37-ci il repressiyalarında imperiyanın hədəfinə tuş gələn görkəmli dramaturq, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavidin ailəsinin faciəvi taleyindən, o cümlədən Əhməd Cavad və Mikayıl Müşfiqin kəşməkeşli həyatından bəhs edir.

Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artistləri İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Rövşən Əsgərov, Akif Mirzəyev, İlham Səfərli, Dağlar Rüstəmov, İlahə Səfərova, Sədaqət Nuriyeva, Rövşad İlyasov, Oqtay Mehdiyev, Şəhla Məmmədova, Kamran Muradlı, Orxan Firudinov, Şəmistan Süleymanlı ifa edəcəklər.





AzVision.az

Teqlər: Teatr