Belarus nümayəndə heyəti “ASAN xidmət”də
Qonaqlara “ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bundan başqa, Dövlət Agentliyinin elektronlaşma sahəsində gördüyü işlər və bunların vətəndaşlar üçün faydaları vurğulanıb.
Diqqətə çatdırılıb ki, bu günədək 24 milyondan çox vətəndaşın müraciəti qeydə alınıb. "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Qonaqlara Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən təqdimatlar həyata keçirilib.
Nümayəndə heyəti “ASAN Kommunal”, “Elektron Hökumət Portalı”, “ASAN Viza”, “ASAN ödəniş”, “ABAD” mərkəzi, “ASAN Radio”, “ASAN Təlim-Tədris Mərkəzi”, “ASAN Wifi”, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi, həmçinin Səyyar “ASAN xidmət” təcrübəsi və iş prinsipi ilə də tanış olub.
Teqlər: ASAN-Xidmət Belarus