Növbəti ixrac missiyası Qazaxıstana gedir

Növbəti ixrac missiyası Qazaxıstana gedir
  28 Sentyabr 2018    Oxunub:4334
"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sentyabrın 30-dan oktyabrın 5-dək Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə ixrac missiyası təşkil olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Qazaxıstan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda qida, inşaat və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən 29 şirkət daxildir.

AzVision.az


Teqlər: Qazaxıstan   İxrac   Missiya  





Xəbər lenti