“Gəzə bilmirəm, məni qucaqlarında aparırlar” - Fatma Mahmudova
“Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna getdik. Həkimlər heç nə edə bilmədilər. Ayağım şişib. Əməliyyat olunmaq istəmirəm, yoxsa aylarla yataqda qalaram. Sınığın bitişməsini gözləyirəm. Məni xərəkdə, qucaqlarında aparıb gətirirlər. Xəstəxana rəhbərliyi sağ olsun, hər şeyi təmənnasız edirlər”.
F. Mahmudova vəziyyətinə görə işə gedə bilmədiyni deyib: “Teatrın direktoru Əliqismət müəllim sağ olsun, durumumu nəzərə alıb mənə icazə verdi. Bu ay tamaşam yoxdur, gələn ay “Bankir adaxlı” tamaşasında oynamalıym. Əsa ilə də olsa, səhnəyə çıxacağam. Bundan əvvəl də topuğumu sındırmışdım, ancaq bu dəfə lap ağırdır. Elə vaxt olub ki, bu vəziyyətdə efirə çıxmışam. Ancaq istəmirəm gündəmə ayağımın sınması ilə gəlim. Mən belə şeylərdən utanıram, sənətkar gərək özünə hörmət etsin. Camaatı incitmək olmaz. Heç vaxt problemlərimi insanlar arasında yaymıram, daxilimdə çəkirəm. İnsanlar sağlamlıqlarının qədrini bilsinlər. Kimsə ayaq tutub yeriyirsə, o xoşbəxt adamdır. Mən bunun qədrini indi daha çox bildim. Təkcə Allahdan yardım istəyirəm”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Aktrisa