İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - FOTOLAR (Yenilənib)

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - FOTOLAR (Yenilənib)
  28 Sentyabr 2018    Oxunub:8296
Sentyabrın 28-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər. Sonra görüşdə iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər.



Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon çıxış edərək ölkəsinin MDB-yə sədrliyi dövründə görülən işlərdən danışdı. Bildirdi ki, MDB-yə üzv ölkələrin birgə fəaliyyəti nəticəsində demək olar bütün sahələri əhatə edən əməkdaşlığa dair sənədlər hazırlanıb.



Tacikistanın MDB-yə sədrliyi dövründə 40-a yaxın iclas keçirilib, əməkdaşlığın genişləndirilməsi, terrorizm və ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə və s. məsələlər geniş müzakirə olunub. Həmçinin iqtisadi sahədə də səmərəli əməkdaşlıq olub. Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev gündəlikdəki məsələlər barədə məlumat verdi.








***
(10:18)

Tacikistan paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başlayıb.

AzVision.az xəbər verir ki, sammit “Somon” sarayında keçiriləcək. Şuranın iclasında Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Moldova, Özbəkistan prezidentləri, Türkmənistanın baş nazirinin müavini, Ermənistanın baş naziri iştirak edir.

Dövlət başçılarını Tacikistan prezidenti Emoməli Rəhmon qarşılayıb. Əvvəlcə dövlət başçıları xatirə şəkli çəkdiribər. Daha sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçiriləcək. İclasda dövlət başçıları qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilmə yeri və tarixi, təşkilata sədrlik haqqında fikir mübadiləsi aparacaqlar.

Dövlət başçılarının geniş tərkibdə iclasında qarşılıqlı siyasi əlaqələr məsələləri, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, təşkilatın fəaliyyətinin əsas istiqamətləri üzrə əməkdaşlığın gələcək inkişafına yönəlmiş kompleks məsələləri, habelə MDB-də hüquqi və təşkilati-kadr təminatının təkmilləşdirilməsinə yönəldilmiş layihələr nəzərdən keçiriləcək.

Qeyd edək ki, iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: DMB  





Xəbər lenti