DİM TOEFL IBT imtahanı keçirəcək

DİM TOEFL IBT imtahanı keçirəcək
  28 Sentyabr 2018    Oxunub:8751
Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, TOEFL IBT imtahanı sentyabrın 29-da Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahan saat 09:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün https://azvision.az/redirect.php?url=http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti