Gələn ildən şpris və dərman istehsalına başlanılacaq

Gələn ildən şpris və dərman istehsalına başlanılacaq
  27 Sentyabr 2018    Oxunub:5288
"Azərbaycan növbəti ildən şpris və dərman preparatlarının istehsalına başlayacaq"
Bunu AzVision.az-a açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

O qeyd edib ki, Pirallahı Sənaye Məhəlləsində şpris zavodunun tikintisi başa çatıb. Hazırda zavodun daxilində quraşdırılma işləri aparılır və avadanlıqlar sifariş edilib.

"Eyni zamanda, "R-Farm" şirkətinin formaseptik fabrikinin tikintisinə başlanılıb. Burada istehsal edilən nəinki daxili bazarın təlabatı ödəniləcək, həmçinin ixrac potensialı yaradılacaq. Səhiyyə Nazirliyi ilə əhəmiyyətli dərmanların istehsalı ilə bağlı müzakirələr aparılır", - deyə nazir müavini bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti