BTQ ilə 3 min vaqondan çox yük daşınıb

  27 Sentyabr 2018    Oxunub : 3972
BTQ ilə 3 min vaqondan çox yük daşınıb
Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 3 min vaqondan çox yük daşınıb.
AzVision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. Onun sözlərinə görə, bu rəqəm gözləniləndən azdır.

"Bakı-Tiblisi-Qars dəmiryolu işə düşən zaman ermənilər Rusiya mətbuatında Azərbaycan əleyhinə kampaniyalar aparırdılar ki, Bakı Tiblisi-Qars Rusiyanı keçəcək. Lakin bu belə olmadı. Bu gün Rusiya Bakı-Tiblisi-Qarsa maraq göstərir".

C.Qurbanov, həmçinin yükdaşımanın artması səbəbindən hazırda vaqon çatışmazlığının olduğunu diqqətə çatdırıb: “Hazırda Qars-Axalkalaki yolundan daşınması üçün kömür var. Bundan başqa, Maqnitorskdan aylıq daşınması üçün 100-120 min ton dəmir var. Amma yüklərin daşınması üçün texniki heyətimizdə çatışmazlıq var”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Dəmiryol   BTQ   Qatar