Qəbul olan abituriyentlərin 99 faizi qeydiyyatdan keçib

Qəbul olan abituriyentlərin 99 faizi qeydiyyatdan keçib
  21 Sentyabr 2018    Oxunub:8263
Bu il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 99 faizi qeydiyyatdan keçib.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, əvvəllər bu göstərici aşağı olurdu.

"Təxminən qəbul olan abituriyentlərin 12-13 faizi qeydiyyatdan keçmirdi. Bu il biz bunu müşahidə etmirik. Təqdim olunan yerlərin 99 faizə yaxını dolub. Dövlət sifarişli yerlər tam dolub. Sentyabrın 15-dən sonra müraciətlər olurdu. Onlara biz fərdi şəkildə baxdıq. Belə ki, müəyyən olunmuş vaxtdan sonra qəbul olunan abituriyent qeydiyyatdan keçməyib və sentyabrın 15-də tədris ocağına gəlib. Bu hallara fərdi olaraq baxmışıq. Elə hallar da olub ki, pulu köçürüblər, amma qeydiyyatdan keçməyiblər. Bunları nəzərə alıb tədrisin başlaması ərəfəsində belə tələbələrlə bağlı əmrləri ali məktəblərə göndərdik", - deyə M.Abbaszadə vurğulayıb.

AzVision.az


Teqlər: DİM   Abituriyent  





Xəbər lenti