10 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb

10 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb
  12 Sentyabr 2018    Oxunub:9273
Ötən tədris ilində 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Bundan başqa Bakı Şəhər Təhsil İdarəsinin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri , 32 direktor müavini, 54 müəllim, BŞTİ-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Bundan əlavə, BŞTİ-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Məhəbbət-Vəliyeva   Təhsil  





Xəbər lenti