Bakıda “Şanson gecəsi” olacaq

  10 Sentyabr 2018    Oxunub : 7316
Bakıda “Şanson gecəsi” olacaq
Oktyabrın 16-da Heydər Əliyev Sarayında “Şanson gecəsi” adlı konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə tanınmış şanson ifaçıları Cəlal Abbasov, Ceyhun Bakinski, Hava Dolev, Flora Eyvazova “Florensiya”, Şakir Mərdanov, Şamil Kərimov, Oleq Selin və Bayram Cəlilov iştirak edəcəklər.

Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunacaq. Müğənnilər konsertdə hər zaman populyarlığını saxlayan “Şanson” janrında mahnılarla yenidən paytaxt sakinlərini və qonaqları sevindirəcəklər.

Biletləri Heydər Əliyev Sarayının və şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

AzVision.az

Teqlər: Şanson   Konsert