Müsabiqə nəticələri yaxın vaxtlarda açıqlanacaq

Müsabiqə nəticələri yaxın vaxtlarda açıqlanacaq
  08 Sentyabr 2018    Oxunub:8304
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin elan etdiyi ədəbiyyat müsabiqəsinə əsərlərin qəbulu dayandırılıb.
Qoruq İdarəsindən bildirilib ki, münsiflər heyəti tərəfindən qiymətləndirilən qaliblərin adları və əsərləri yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd istedadlı yazarların üzə çıxarılması ilə yanaşı, həm də paytaxt həyatını əks etdirən parlaq epizod və maraqlı hekayələrdən ibarət toplu hazırlamaqdır.

Tanınmış münsiflər heyətinin qiymətləndirilməsinə əsasən müsabiqənin I, II, III yerin sahibləri müvafiq olaraq 3000, 1500, 1500 manat məbləğində mükafat alacaqlar.

Müsabiqə qaliblərinin əsərləri Bakı haqqında almanaxda dərc olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti