Komitə büdcəyə 330 milyonadək vəsait köçürüb

Komitə büdcəyə 330 milyonadək vəsait köçürüb
  08 Sentyabr 2018    Oxunub:2925
Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 329 milyon 805,5 min manat təşkil edib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 85 milyon 936,1 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 220 milyon 235,6 min manat, aksizlər üzrə 20 milyon 48,4 min manat, yol vergisi üzrə isə 3 milyon 585,4 min manat olub.

AzVision.az


Teqlər: Gömrük   Komitə   Büdcə  





Xəbər lenti