"İlham Əsgərov sənət uğrunda şəhid oldu" - Xalq artisti
“Insanlar var ki, öləndən sonra heç kimin yadinda qalmırlar. Sadəcə özləri üçün yaşayıb, unudulurlar. Amma insanlar da var ki, həyatda çox yaşamırlar, ancaq dərin iz buraxılırlar, heç vaxt unudulmurlar. İlham ikincilərdən idi. O, fikirləri, əməlləri, əxlaqı ilə yaddaşda qalıb.
Bütün mənalarda çox əxlaqlı bir insan idi. Bəlkə də çox az saylı adamlardan idi ki, yalan danışmırdı və bacarmırdı. Pisə pis, yaxşıya yaxşı deyirdi. Yaxşı iş üçün sevinirdi”.
N. Mehdixanlı daha sonra həmkarının tələbəlik illərini xatırlayıb. “İlhamla institutda eyni vaxtda oxumuşuq. Amma ayrı-ayrı kurslarda idik. Təhsilini bitirdikdən sonra “Azdrama”ya gəldi. Biz tərəfmüqabili olaraq bir çox tamaşalarda oynadıq. İstedadlı aktyor səmimi, rahat, xoş insan idi. İlham Azərbaycan ədəbiyyatının gözəl təbliğatçısı olub. Bu gün bizim hansısa bir televiziya kanalını açsanız, orada mütləq İlhamla bağlı nəsə görəcəksiniz, eşidəcəksiniz - tamaşasından bir parça görüntünü, səsləndirdiyi filmi, bədii qiraətini vəs. Dostlarına, sənətinə, millətinə bağlı adam kimi tanıyırdıq onu.
Ancaq təəssüf ki, yaxşıları sevməyənlər də olur... Və həmişə yaxşı insanlar az yaşayırlar. Tam məsuliyyətlə deyirəm və dediyimin nə olduğunu da bilirəm, İlham Əsgərov Akademik Milli Dram Teatrının yaşaması, gələcəyi üçün və şərəfinin qorunması yolunda şəhid oldu. O dünyasın dəyişmədi, sənət uğrunda şəhid getdi. Biz onu heç vaxt unutmayacağıq. Masallının Xoşçobanlı kəndindən Bakıya arzularının arxasınca gəlmişdi. Böyük hörmətlə, sevgi ilə də kəndinə aparılıb dəfn olundu. Ən böyük arzusu övladının universiteti bitirməsini və toyunu görmək idi. Amma nakam getdi” .
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Aktyor İlham-Əsgərov