Gömrükdə siqaret əməliyyatı

Gömrükdə siqaret əməliyyatı
  06 Sentyabr 2018    Oxunub:4254
Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 211099" markalı avtomobil "Qırmızı Körpü"gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
DGK-dan AzVision.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, avtomobilin salonunda - hər iki qabaq oturacağın içərisində və yük yerində xüsusi düzəldilmiş gizli saxlancda 2600 ədəd "Marlboro" və 1000 ədəd "Parliament" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Siqaret  





Xəbər lenti