Boş qalan yerlərə ixtisas seçimi davam edir

Boş qalan yerlərə ixtisas seçimi davam edir
  04 Sentyabr 2018    Oxunub:7933
2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 5 dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən AzVision.az–a verilən məlumata görə, ixtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.Tam orta təhsil səviyyəsini Azər¬baycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər mü¬sabiqədə buraxılış imtahanında (11-ci siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

İxtisas seçimi sentyabrın 5-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy¬yənləşdirir.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.


AzVision.az


Teqlər: DİM  





Xəbər lenti