Telefon qutusundan marixuana çıxdı
RPŞ-nin əməkdaşları tərəfindən Ü.Fərzəliyev üzərinə keçirilən baxış zamanı onun əlindəki telefon qutusundan ümumi çəkisi 410 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
AzVision.az