Azərbaycanın ən yaşlı tələbəsi oxumaqdan imtina etdi - FOTO

Azərbaycanın ən yaşlı tələbəsi oxumaqdan imtina etdi - FOTO
  29 Avqust 2018    Oxunub:14835
2018/2019-cü tədris ili üzrə ən yaşlı tələbə adını qazanan Atakişi Ağayev oxumaqdan imtina edib.

Bu barədə AzVision.az-a A.Atakiyev özü məlumat verib. O, təhsil haqqını başqa şəxsin göz əməliyyətına verdiyini bildirib.
“Sənədlərimi və pulu götürüb Bakıya gəlmişdim. Qonşunun uşağı gözündən əməliyyat olunmalı idi. Onun əməliyyatı oktyabr ayına qaldı. Pulu isə nənəsinin əməliyyatı üçün istədilər, mən də verdim. Sənədlərimi götürüb Lənkərana qayıtdım. Burada İslam Kolleci açılıb, danışdım ödənişsiz təhsil almaq mümkündür. Elə burada da oxuyacağam”.

Qeyd edək ki, 14 aprel 1963-cü il təvəllüdlü Atakişi Ağayev 121 bal toplayaraq, qiyabi və ödənişli əsaslarla Bakı İslam Universitetinə Dinşunaslıq fakültəsinə qəbul olub. O, ilin ən yaşlı tələbəsi adını qazansa da, təhsilini davam etdirə bilməyib.



Aytən Zəhra
AzVision.az


Teqlər: İmtahan   Məktəb   Tələbə  





Xəbər lenti