Neft Fondu büdcəyə 77,6 milyard transfer edib

Neft Fondu büdcəyə 77,6 milyard transfer edib
  27 Avqust 2018    Oxunub:6567
2003-2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə ümumilikdə 77,6 milyard manat vəsait transfert edilib.
AzVision.az xəbər verir ki, bu barədə ARDNF-in 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatında deyilir.

Eyni zamanda 2001-2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) daxilolmaları 137,87 milyard ABŞ dolları təşkil edib. Bildirilir ki, 2001-2017-ci illər ərzində Neft Fondunun daxilolmaları 137,87 milyard dollar səviyyəsində olub və bu vəsaitin təxminən 35,8 milyard dolları, yəni 26 faizi yığıma yönəldilib.

AzVision.az



Teqlər: Neft-fondu   Büdcə  





Xəbər lenti