Neft Fondunun illik hesabatı dərc edilib

Neft Fondunun illik hesabatı dərc edilib
  27 Avqust 2018    Oxunub:5799
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatı dərc olunub.
ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AzVision.az-a bildirilib ki, fondun 2017-ci il üzrə hesabatının dizaynı Azərbaycan musiqisinə həsr edilib. Hesabatda milli muğam, klassik musiqi və caz ənənələri barədə maraqlı məlumatlar yer alıb, bir sıra görkəmli Azərbaycan xanəndələri, klassik musiqi bəstəkarları və caz ustadlarının yaradıcılıqları işıqlandırılıb.

AzVision.az


Teqlər: ARDNF  





Xəbər lenti