Bakıda “Ulduzlar bir arada” - FOTOLAR

Bakıda “Ulduzlar bir arada” - FOTOLAR
  27 Avqust 2018    Oxunub:10187
Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında “Ulduzlar bir arada” adlı konsert proqramı təşkil olunub.
Tədbirdə Azərbaycan estradasının məşhur simaları – xalq artistləri Ayğün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, əməkdar artistlər Röya, Manana Caparidze, Tünzalə Ağayeva, Ədalət Şükürov, Miri Yusif, tanınmış ifaçılar ABD Malik, Rauf və Murad Arif iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkında mütəmadi olaraq konsert, əyləncə proqramları təşkil edilir. Bu dəfə təşkil edilən kosertdə sakinlər və qonaqlar Azərbaycan estradasının tanınmış müğənnilərinin sevilən mahnılarının sədaları altında xoş həftəsonu istirahəti ediblər.























AzVision.az


Teqlər: Konsert  





Xəbər lenti