Azərbaycanda 34 yeni məktəb tikilir

Azərbaycanda 34 yeni məktəb tikilir
  24 Avqust 2018    Oxunub:8508
Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.
Təhsil Nazirliyindən AzVision.az- a verilən məlumata görə, hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır.

Məlumatda həmçinin qeyd olunub ki, 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisə istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla, 193 obyektdə işlər aparılır.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Məktəb  





Xəbər lenti