Karateçilərimiz finalda
Yarışların növbəti günündə Azərbaycan karateçiləri Rafael Ağayev (75 kq) və Şahin Atamov (84 kq-dan çox) çıxış edib.
R.Ağayev Misirdən, Hollandiyadan və ABŞ-dan olan üç rəqibinin hər üçünə qalib gələrək yarımfinala çıxmışdır. Bu mərhələdə almaniyalı karateçiyə də inamla qalib gələn həmyerlimiz finala çıxıb. Həlledici görüşdə onun rəqibi italiyalı Luici Busa olacaq.
Ş.Atamov ilk görüşdə uğursuz çıxış edərək türkiyəli rəqibinə uduzdu, lakin sonrakı görüşdə Mərakeşli karateçidən üstün olduğunu sübut etdi. Yarımfinalda İtaliya nümayəndəsinə də qalib gələn Ş.Atamov finala çıxdı. Bu mərhələdə onun rəqibi iranlı Zəbiullah Purşab olacaq.