Boş yerlərə qəbulun nəticələri açıqlandı

Boş yerlərə qəbulun nəticələri açıqlandı
  21 Avqust 2018    Oxunub:7912
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, müsabiqədə iştirak edənlər iş nömrəsini 7727-ə göndərməklə müsabiqənin nəticəsi ilə tanış ola bilərlər. Nəticələr yaxın vaxtlarda DİM-in saytına yerləşdiriləcək.

AzVision.az




Teqlər:





Xəbər lenti