“Simurq” - “Xəzər Lənkəran” matçında çaxnaşmal

“Simurq” - “Xəzər Lənkəran” matçında çaxnaşmal
  20 Oktyabr 2013    Oxunub:1635
AzVision.az xəbər verir ki, “Simurq” – “Xəzər Lənkəran” matçı qalmaqalsız ötüşməyib.
Apasport.az saytının xəbərinə görə, qarşılaşmanın ikinci hissəsində baş hakim Rauf Cabbarovun qərarı qonaq azarkeşləri özündən çıxarıb.

Belə ki, qonaqların hücumçusu Ağabala Ramazanov “Simurq”un cərimə meydançasında rəqib qapıçı Pavel Kapsa ilə toqquşub.

Bu zaman həm “Xəzər Lənkəran”ın futbolçu və məşqçi heyəti, həm də azarkeşlər hakimdən penalti tələb ediblər. Amma Cabbarov onların bu tələbi ilə razılaşmayıb və fərqli qərar qəbul edib.

Məhz bu üzdən azarkeşlər meydana kənar əşyalar atmağa başlayıblar. Hətta onlardan biri qazona “butulka” atmaqdan da çəkinməyib. Belədə polislərlə cənublu azarkeşlər arasında gərginlik yaşanıb. “Xəzər Lənkəran” azarkeşlərindən biri polislər tərəfindən həbs olunaraq bölməyə aparılıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” bu oyunda 2:1 hesablı əzmkar qələbə qazanıb.


Teqlər:





Xəbər lenti