"Vaqif qələm dostları ilə görüşmək istəmir"-Şairin həyat yoldaşı

"Vaqif qələm dostları ilə görüşmək istəmir"-Şairin həyat yoldaşı
  09 Avqust 2018    Oxunub:21540
“Vaqif çox darıxır, səhhətinin düzəlməsini və əvvəlki həyata qayıtmağı istəyir”.
Bunu AzVision.az-a tanınmış şair Vaqif Bayatlı Odərin xanımı Tamam Bayatlı deyib. Həyat yoldaşının səhhətindən danışan T.Bayatlı bildirib ki, şairin Türkiyədə iyul ayına planlaşdırılan müayinəsi bir müddətlik təxirə salınıb.

“Havaların isti keçməsi işlərimizi bir az çətinləşdirdi. Sərinlərin gəlməsini gözləyirik ki, onu avqust ayında Türkiyəyə aparaq. Beyni yenidən müayinə olunmalıdır ki, daha sonra ürəyi qaydaya salınsın. Əgər beyninin vəziyyəti imkan verərsə, ürəyinə də stend qoyulacaq. Onun vəziyyəti elədir ki, mütləq həkimə getməliyik. Hazırda şəhərdəki evdədir. Hərdən hava sərin olanda çölə çıxır. Səhhəti imkan verəndə kitabının dizaynı ilə məşğul olur. Bu ay onu da yekunlaşdırmaq istəyirik”.

T. Bayatlı şairin qələm dostları ilə görüşmədiyini deyib: “Vaqifə gəlib baş çəkmək istəyən çoxdur. Zəng edirlər, gəlmək istədiklərini deyirlər. Amma özü qəbul etmir, dostlarının onu bu vəziyyətdə görməsini istəmir. Bu məsələdə bir az həssas adamdır. Bu yaxınlarda gənc yazar dostları Şəhriyar Del Gerani və Fərid Hüseynlə görüşüb. Hamıdan razıyıq. Vaqif çox darıxır. İstəyir ki, əvvəlki həyata qayıtsın, çölə çıxsın, gümrah olsun".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: VaqifBayatlı  





Xəbər lenti