6 ayda Bakıda 19 milyon ton neft hasil olunub

6 ayda Bakıda 19 milyon ton neft hasil olunub
  07 Avqust 2018    Oxunub:6179
Bu ilin birinci yarısında Bakıda xam neftin hasilatı 19 milyon 73,2 min ton (qaz kondensatı daxil olmaqla), əmtəəlik təbii qazın istehsalı isə 8 milyard 856,2 milyon kubmetr təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,9 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalıb. Sənaye məhsulunun 82,5 faizi mədənçıxarma sektorunda istehsal olunub.

AzVision.az


Teqlər: Bakı   Statistika  





Xəbər lenti