Naxçıvanda 4070 sahibkar arıçılıqla məşğuldur

Naxçıvanda 4070 sahibkar arıçılıqla məşğuldur
  04 Avqust 2018    Oxunub:7101
Bu gün Naxçıvan Muxtar Respublikasında 4070 sahibkar arıçılıqla məşğuldur.
AzVision.az xəbər verir ki, bunların 549 nəfəri 20-250 arı ailəsi olan sahibkardır. Aqrar sahədə aparılan islahatlardan əvvəl muxtar respublikada cəmi 6045 arı ailəsi var idisə, indi bu rəqəm 71 min 66-ya çatdırılıb.

Arı ailəsinin belə artımının nəticəsidir ki, ötən il muxtar respublikada 1424 ton bal istehsal olunub. 2017-ci ildə arıçılıq təsərrüfatlarına 50 min manat kredit verilib ki, bunun da nəticəsində 3 yeni arıçılıq təsərrüfatı, 1 mum vərəqi istehsalı sahəsi yaradılıb.

AzVision.az


Teqlər: Naxçıvan   Arıçılıq  





Xəbər lenti