Xalq artisti kino günündə dava salıb? - Açıqlama

Xalq artisti kino günündə dava salıb? - Açıqlama
  03 Avqust 2018    Oxunub:17711
“Bizim Yavərlə zarafatımız var. Onunla heç vaxt dalaşmaram. Niyə dalaşmalıyıq?”.
Bunu AzVision.az-a Xalq artisti Oqtay Mirqasımov dünən Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə rejissor Yavər Rzayevlə əlbəyaxa dalaşması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib.

İddia edilir ki, Yavər Rzayevin kino gününə dair hazırladığı sənədli filmdə O. Mirqasımovun filmlərinin adının yer almaması onun narazılığına səbəb olub. Rejissor isə deyilənləri inkar edib: “Bu zarafat idi, bir az deyib güldük, zarafatlaşdıq, vəssalam. Davamız olmayıb, bizim zarafatımız var”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Xalq-artisti   Dava   Kino  





Xəbər lenti