Neftimizin qiyməti artıb

Neftimizin qiyməti artıb
  03 Avqust 2018    Oxunub:8007
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AzVision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 73,35 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 68,96 dollar olub.

"Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,08 dollar və yaxud 2,87% artaraq 74,56 dollar/barelə bərabər olub.

AzVision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti