Naxçıvanda yararsız torpaqlar abadlaşdırılıb

Naxçıvanda yararsız torpaqlar abadlaşdırılıb
  02 Avqust 2018    Oxunub:10878
Muxtar respublikada aparılan torpaq islahatı, torpaqların mühafizəsi və münbitliyinin artırılması tədbirləri nəticəsində 2000-ci ildə kənd təsərrüfatına yararlı torpaq sahələri 169 min 990, əkin aparılan torpaq sahələri isə 37 min 24 hektara çatdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstəriləndavamlı dövlət qayğısı sayəsində 2010-cu ildə kənd təsərrüfatına yararlı torpaq sahələri 175 min 263 hektar, əkin aparılan torpaq sahələri 59 min 203 hektar ərazini əhatə edib. 2015-ci ildə muxtar respublika üzrə bu rəqəmlər müvafiq olaraq 177 min 219 və 61 min 423 hektara qədər yüksəlib, çoxillik əkmələr 5846 hektara çatdırılıb.

Aparılmış sistemli bərpa tədbirləri nəticəsində son 22 ildə 21 min 474 hektar yararsız torpaq sahəsi abadlaşdırılaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. Beləliklə, kənd təsərrüfatına yararlı torpaq sahələri 2017-ci ildə 177 min 260 hektara yüksəldilib ki, bunun da 61 min 531 hektarını əkin, 6060 hektarını çoxillik əkmələr, 628 hektarını dincə qoyulmuş sahələr, 3040 hektarını biçənəklər, 106 min 1 hektarını örüş sahələri təşkil edib. Göstərilən dövlət qayğısı nəticəsində 2005-ci illə müqayisədə 2017-ci ildə meyvə əkinlərinin sahəsi 1013 hektar, yaxud 4,1 dəfə, üzümlüklərin sahəsi 123 hektar, yaxud 2,1 dəfə artıb. Davamlı olaraq həyata keçirilən yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri sayəsində 2017-ci ildə muxtar respublikada meşə və meşə zolaqlarının sahəsi 3278 hektara çatdırılıb.

AzVision.az


Teqlər: Naxçıvan   Torpaq   Komitə  





Xəbər lenti