"Üzən məzənnəyə keçmək üçün şərait lazımdır" - Elman Rüstəmov

  01 Avqust 2018    Oxunub : 10125
"Üzən məzənnəyə keçmək üçün şərait lazımdır" - Elman Rüstəmov
“Dünyada üzən məzənnə rejimi olan ölkələr azdır. Planlarımız var. Üzən məzənnəyə keçmək üçün ilk növbədə şərait yaratmaq lazımdır, ixrac şaxələndirilməlidir. Valyutaya tələbatı olan idxalçılar var. Üzən məzənnə tələb və təklifin formalaşması deməkdir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, üzən məzənnə üçün liberal, şaxələnmiş valyuta bazarı mövcud olmalıdır: “Son dövrlərdə aparılan işlər nəticəsində ortamüddətli dövrdə şaxələnmiş valyuta bazarı yaradıla bilər. Buna uyğun şəkildə biz paralel digər tədbirləri reallaşdırmaqla üzən məzənnəyə keçə bilərik”.

E.Rüstəmov bildirib ki, bu ilin 6 ayında orta illik inflyasiya 3% təşkil etməklə elan olunmuş hədəf dəhlizindən 6-8% aşağı səviyyədə qərarlaşıb. Belə ki, orta illik inflyasiya son biri ilin maksimumundan, yəni 2017-ci ildə 14%-lik inflyasiya səviyyəsi ilə müqayisədə 4 dəfədən də çox aşağı düşüb. Onun sözlərinə görə, inflyasiyanın aşağı düşməsi manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal şəkildə idarə olunması, inflyasiya gözləntilərinin azalması və mövsümü faktorla şərtləndirir.

AzVision.az

Teqlər: MB   Manat