Sənaye parklarında gömrük prosedurları sadələşdirilir

Sənaye parklarında gömrük prosedurları sadələşdirilir
  31 İyul 2018    Oxunub:6190
Bu gün "Sumqayıt Kimya Sənaye Parkı" MMC, "Balaxanı Sənaye Parkı" MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və "Yaşıl dəhliz" QSC arasında sənaye parklarında gömrük prosedurlarının operativ rəsmiləşdirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumu "Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi - "Yaşıl dəhliz" mövzusunda Bakıda keçirilən "dəyirmi masa" çərçivəsində reallaşıb.

AzVision.az


Teqlər: Memorandum   Gömrük  





Xəbər lenti