Zəlzələnin yaratdığı təbiət möcüzəsi - Göygöldən FOTOREPORTAJ

Zəlzələnin yaratdığı təbiət möcüzəsi - Göygöldən FOTOREPORTAJ
  30 İyul 2018    Oxunub:52392
Dağ gölü olan Göygöl Azərbaycanın ən gözəl və ecazkar təbii su hövzəsidir. Göygöl Gəncə şəhərindən 25 kilometr cənubda eyniadlı rayonda, Murovdağın şimal ətəklərində dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdə yerləşir.
Bu göl 1139-cu il sentyabrın 30-da Gəncə şəhəri yaxınlığında baş vermiş dağıdıcı zəlzələdən sonra Kəpəz dağının dağılan zirvəsinin Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranıb. Yaranan şəffaf sulu hövzə Göygöl adlandırılıb. Ümumi sahəsi 0,79 kvadratkilometr olan gölün uzunluğu 2,5 kilometr, ən geniş yerdə eni isə 0,6 kilometrdir. Göygöl 6460 metr sahilboyu əraziyə malikdir, orta dərinliyi 30 metr, maksimal dərinliyi isə 93 metrdir.

Göygöl yay fəslində həm yerli, həm də əcnəbilərin ən çox səfər etdiyi turistik məkandır.

AzVision.az Göygöldən hazırladığı fotoreportajı təqdim edir:

























Anar Kəlbiyev
AzVision.az


Teqlər: Göygöl   Təbiət  





Xəbər lenti