Azərbaycan yenidən “Avroviziya”ya qayıdır

Azərbaycan yenidən “Avroviziya”ya qayıdır
  27 İyul 2018    Oxunub:25144
Azərbaycan qısa fasilədən sonra yenidən “Avroviziya” uşaq mahnı müsabiqəsinə qayıdır.
Müsabiqənin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 25-də Minsk şəhərində keçiriləcək “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində iştirak edəcəyini rəsmi şəkildə təsdiq edən ölkələrin sayı 19-a çatıb. Azərbaycanla yanaşı, Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya , Serbiya, Rusiya və digər ölkələr müsabiqədə iştirak edəcəklər.

Qeyd edək ki, mahnı müsabiqəsi 15 min tamaşaçı yeri olan “Minsk Arena”da baş tutacaq. Azərbaycanı təmsil edəcək iştirakçının adı yaxın vaxtlarda müəyyən olunacaq.

AzVision.az


Teqlər: Avroviziya  





Xəbər lenti