“Avroviziya - 2019” İsraildə keçirilməyə bilər

“Avroviziya - 2019” İsraildə keçirilməyə bilər
  26 İyul 2018    Oxunub:23789
“Əgər İsrail beş gün ərzində avropalı kuratorların (Avropa Yayım Birliyi) hesabına 12 milyon avro məbləğində girov qoymasa “Avroviziya - 2019” mahnı müsabiqəsini keçirmək hüququndan məhrum ola bilər”.
AzVision.az xəbər verir ki, bu barədə “Hadashot” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, mahnı müsabiqəsinin təşkilinə cavabdeh olan “Kan” televiziyası artıq Baş nazir Binyamin Netanyahu, maliyyə naziri Moşe Kahlon və rabitə naziri Ayub Karaya büdcəni artırmaq tələbi ilə məktub göndərib.

Rabitə naziri korporasiyaya girov məbləğini bağlamaq üçün kredit götürməyi təklif etsə də “Kan” kredit şərtlərini rədd edib və bu il üçün büdcənin artırılmasını tələb edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İsrail   Avroviziya  





Xəbər lenti