Köhnə yük maşınları sıradan çıxarılacaq

Köhnə yük maşınları sıradan çıxarılacaq
  13 İyul 2018    Oxunub:4633
Təhlillər göstərir ki, beynəlxalq daşımalarda iştirak edən milli avtomobil daşıyıcılarının ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından aktiv istifadə etmək imkanları qənaətbəxş səviyyədə deyil. Milli daşıyıcılar tərəfindən beynəlxalq daşımalarda təxminən 2000 avtonəqliyyat vasitəsi istismar olunur ki, bunun da yalnız 1239-u müasir tələblərə cavab verir.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Avtomabil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə də qeyd edilir ki, ixrac bazarlarına yük daşımalarının həyata keçirilməsi üçün ixtisaslaşmış yerli avtonəqliyyat parkı zəifdir, ixracatçılar xarici ölkələrin avtonəqliyyat parkından asılıdırlar və bu da daşımanın stabil və əlverişli şərtlərlə həyata keçirilməsində problemlər yaradır.

“Bu baxımdan NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bu sahədəki boşluqların aradan qaldırılması üçün avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində orta yaş həddinin 10 ilə qədər endirilməsi məqsədilə hazırlanan və beynəlxalq avtomobil daşımaları həyata keçirən milli daşıyıcıların mənafelərinin qorunmasını nəzərdə tutan "Milli daşıyıcılara dövlət dəstəyi"nə dair Təkliflər Paketi hazırlanıb. Təkliflər Paketində qeyd edilən bəndlər üzrə razılıq əldə olunduqdan sonra, 2019-cu ilin yanvar ayından mərhələli şəkildə icrasına başlanacaq”.

N.Allahyarova fotoqrafikada təqdim edilən rəqəmlərin təkcə beynəlxalq daşımalarda iştirak edən milli daşıyıcılara məxsus avtonəqliyyat vasitələrini deyil, ümumi yük avtomobillərinin mövcud vəziyyətini əks etdirdiyini deyib.

Belə ki, yük avtomobillərinin 81 faizinin yaşı 10 ildən yuxarı, 15 faizinin yaşı 5-10 il arası, 4 faizinin yaşı isə 5 ilə qədərdir.



Aytən Zəhra
AzVision.az



Teqlər: DANX   yükavtomobili  





Xəbər lenti