Maşın bazarında durğunluq hökm sürür - VİDEO

Maşın bazarında durğunluq hökm sürür - VİDEO
  09 İyul 2018    Oxunub:12868
Avtomobil bazarlarında durğunluq hökm sürür. Bazarda təklif çox olsa da, alıcı azdır. Buna səbəb kimi qiymətlərin yüksək olması göstərilir. Nisbətən ucuzlaşma isə kondisoneri olmayan avtomobillərin satışında müşahidə edilir.
Bazarda istənilən markada və qiymətdə maşın var, amma alıcı tapılmır. Bir neçə müddətdir ki, qiymətlərin qalxması bazarda durğunluq yaradıb.

Satıcılar deyir ki, maşınların qiyməti əvvəlki aylarda necədisə, indi də elə qalıb. Nisbətən ucuzlaşma isə kondisiıonersiz avtomobillərdə müşahidə edilir.

Həftələrlə bazarda münasib qiymətə avtomobil axtarıb tapa bilməyənlər də var. Alıcılar deyir ki, büdcələrinə uyğun maşın ya tapılmır,ya da əlavə xərc tələb edir.

Satıcıların sözlərinə görə, bazarlarda uzun müddət durğunluq davam etsə də, qiymət enməsi gözlənilmir. (Xəzər TV)



AzVision.az


Teqlər: Maşın   Bazar  





Xəbər lenti