Sarkisyanın qardaşı ölkədən qaçarkən saxlanıldı - (VİDEO)

Sarkisyanın qardaşı ölkədən qaçarkən saxlanıldı - (VİDEO)
  05 İyul 2018    Oxunub:5064
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan ailəsi ilə birlikdə ölkəni tərk edərək Parisə getmək istəyərkən aeroportda saxlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti Ermənistanın milli təhlükəsizlik xidmətinə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, MTX əməkdaşları İrəvanın Zvartnots aeroportunda Aleksandr Sarkisyan və onun ailəsinə Parisə uçmağa icazə verməyiblər. Sonra onların mənzilində axtarış aparılıb. Evdə silah, pul və bahalı rəsm əsəri aşkar edilib.



Qeyd edək ki, iyunun 25-də Ermənistan polisinin xüsusi dəstəsi Aleksandr Sarkisyanı qeyri-qanuni silah saxlamaqda şübhəli qismində saxlayıb və həmin gün də sərbəst buraxıb. Bundan əvvəl Ermənistanın dövlət gəlirləri komitəsinin müstəntiqləri Serj Sarkisyanın qardaşı Levon barədə cinayət işi açıblar. Levon və onun qızı Ani qeyri-qanuni varlanmaqda və əmlak bəyannaməsindən boyun qaçırmaqda şübhəli bilinirlər.

AzVision.az


Teqlər: Sarkisyan   Ermənistan  





Xəbər lenti