20 gündə 17 nəfər suda boğularaq ölüb, 35-i xilas edilib (VİDEO)

20 gündə 17 nəfər suda boğularaq ölüb, 35-i xilas edilib (VİDEO)
  05 İyul 2018    Oxunub:4388
15 iyundan başlayaraq ölkəmizdə çimərlik mövsümü açıq elan edilib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, çimərlik mövsümü başlayandan (15 iyundan) bu günə qədər 17 nəfər suda boğularaq ölüb. 20 gün ərzində 35 nəfər suda boğulmaqdan xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti bu müddət ərzində Bakıda 21, Mingəçevirdə 4, Neftçalada 1, Yevlaxda 1, Nabranda 3, Şirvanda 2, Sumqayıtda 3 batmaq təhlükəsi olan şəxsi xilas edib.



Həmçinin Sumqayıtda 1, İmişlidə 1, Zərdabda 1, Yevlaxda 1, Lerikdə 1, Bakıda 5, Sabirabadda 1, Xaçmazda 1, Şəmkirdə 5 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verib.

Qeyd edək ki, çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: FHN   Dəniz   Boğulma  





Xəbər lenti