10 ildə Naxçıvanda 39 minə yaxın iş yeri açılıb

10 ildə Naxçıvanda 39 minə yaxın iş yeri açılıb
  05 İyul 2018    Oxunub:4811
2008-ci ilin iyun ayının 1-dən 1 iyun 2018-ci il tarixədək muxtar respublikada bütün sahələrin inkişafına 8 milyard 240 milyon manatdan çox vəsait yönəldilib.

AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, bu vəsaitin 7 milyard 401 milyon 926 min manatı tikinti quraşdırma işlərinin payına düşüb. Artan əhali tələbatına uyğun olaraq 1 iyul 2008-ci ildən 1 aprel 2018-ci il tarixədək muxtar respublikada 38 min 548 yeni iş yeri yaradılıb ki, bunun da 34 min 174-ü və ya 88,7 faizi daimi iş yerləridir.

Açılmış daimi iş yerlərinin 1481-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 11 min 272-si mövcud müəssisə və təşkilatlarda, 46-sı fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 21 min 375-i isə fiziki şəxslərdə yaradılıb. İş yerlərinin 12 min 2-si dövlət sektorunda, 26 min 546-sı qeyri-dövlət sektorunda açılıb.

AzVision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat  





Xəbər lenti