İşığa görə bəzi marşrutların istiqaməti dəyişdirilib - (VİDEO)

İşığa görə bəzi marşrutların istiqaməti dəyişdirilib - (VİDEO)
  03 İyul 2018    Oxunub:3049
İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza nəticəsində Bakı şəhərinin enerji təminatında yaranmış vəziyyətin paytaxtın nəqliyyat sisteminə, o cümlədən sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mümkün mənfi təsirlərini azaltmaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyində gecə saatlarından zəruri tədbirlərin görülməsinə başlanılıb.
Bu barədə AzVision.az-a Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, əsas diqqət iyulun 3-ü səhər saatlarında sərnişindaşımada yarana biləcək çətinliklərin qarşısının alınmasına yönəldilib:

"Bakı Metropoliteni QSC ilə koordinasiyalı iş qurulub. Elektrik enerji təminatındaki, mövcüd vəziyyətlə əlaqədar Bakı Metropoliteninin “Avtovağzal” stansiyası fəaliyyət göstərmədiyindən həmin istiqamətdə fəaliyyət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayının artırılıb. Yarana biləcək sərnişin sıxllığının aradan qaldırılması üçün Sumqayıt və ətraf ərazilərdən “Avtovağzal” metrostansiyasına gələn 142 və 91 nömrəli marşrut xətləri üzrə avtobuslar stansiyanın fəaliyyəti bərpa edilənədək metronun “Memar Əcəmi”, 158 və 130 nömrəli marşrut xətləri üzrə avtobuslar “20 Yanvar” stansiyasınadək hərəkət edəcək".



M.Ağayev qeyd edib ki, paytaxt yollarında nəqliyyatın normal, maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb: "Təxirəsalınmaz tədbirlər nəticəsində svetoforla nizamlanan yol kəsişmələri nəzarətə götürülüb. Mümkün məntəqələrdə svetoforların fəaliyyəti bərpa edilib. Digərlərinin də bərpası istiqamətində işlər aparılır".

Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyyə edir ki, bəzi küçə və prospektlərdə svetoforlar işləməməsini nəzərə alaraq hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə son dərəcədə ehtiyatlı və diqqətli olsunlar.

AzVision.az


Teqlər: BNA  





Xəbər lenti