Belçika 1/4 finalda - Yenilənib

Belçika 1/4 finalda - Yenilənib
  03 İyul 2018    Oxunub:12097
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsində günün ikinci oyunu keçirilib.
AzVision.az xəbər verir ki, növbəti mərhələyə adlamaq istəyən Belçika və Yaponiya yığmaları üz-üzə gəliblər.

Qarşılaşmanın favoriti Belçika hesab olunsa da, ilk 45 dəqiqə ərazində hesab açılmayıb. Oyun qarşılıqlı hücumlar şəraitində keçib.

***
Matçın ikinci hissəsinin ilk dəqiqələrində Yaponiya 2 qolla üstünlük qazanıb. Lakin bu üstünlüyü qoruya bilməyən yaponlar qapılarında 3 qol görüblər. Nəticədə qarşılaşma avropalıların 3:2 hesablı qələbəsilə yekunlaşıb. Bununla da Belçika yığması 1/4 finala vəsiqə qazanıb.

AzVision.az


Teqlər: DÇ-2018   Belçika   Yaponiya  





Xəbər lenti