Azərbaycanlı müğənnidən siyasi mesajlı “Ayrılıq” – VİDEO

Azərbaycanlı müğənnidən siyasi mesajlı “Ayrılıq” – VİDEO
  02 İyul 2018    Oxunub:10981
Gənc müğənni Rəmal Rəsul məşhur “Ayrılıq” mahnısını yarısı Azərbaycan, yarısı isə Fars dillərində ifa edib.
O, öz addımını AzVision.az-a belə izah edib: “Bu mahnı İranda yaransa da, farsdilli insanların çoxu onun mənasını bilmirlər. Mən istədim, onlar bu mahnını öz dillərində dinləyə bilsinlər”.

Bundan başqa, mahnının klipində Bütöv Azərbaycanın xəritəsi göstərilir. Bunu isə müğənni belə izah edib: “Biz mesaj vermək istəmişik ki, mahnı Azərbaycanın, bütöv bir xalqın ayrılığı haqqındadır. Oradakı kədər də bu ayrılıqdan doğan kədərdir”.

Qeyd edək ki, mahnının klipi sonda "Böyük Azərbaycan xalqına həsr edilir" titrlərilə bitir.






Teqlər:





Xəbər lenti