Saxta diplomlu müəllimlər işdən çıxarılmayacaq

Saxta diplomlu müəllimlər işdən çıxarılmayacaq
  29 İyun 2018    Oxunub:3895
"Təhsil sənədi nümunəvi olmayan (saxta diplom - red), mövcud qaydaların tələblərinə uyğun olmayaraq işə qəbul olunmuş şəxslərin işdən çıxarılması məsələsi gündəmdə yoxdur"
AzVision.az xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib. O bildirib ki, həmin şəxslərin yerlərinin vakant çıxarılması məsələsi gözlənilmir.

“Onlar müəyyən həcmdə dərs yükü ilə təmin edilirlər və həmin şəxslər işlərini davam etdiriləcəklər”.

M.Camalzadə, həmçinin qeyd edib ki, kişi müəllimlərin sayında artım olacaq. “Lakin müəllimlərin işə qəbulunda gender məhdudiyyəti yoxdur. Son illər müəllim kişilərin sayında artım müşahidə edilir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Müəllim   Məktəb  





Xəbər lenti