Azərbaycan və Gürcüstan gömrükçüləri birgə işləyəcəklər

Azərbaycan və Gürcüstan gömrükçüləri birgə işləyəcəklər
  23 İyun 2018    Oxunub:1256
"Sadıxlı" gömrük postunda yeni inzibati binanın tikintisinə tezliklə başlanılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətl­əndirilməsi və İnkiş­af Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəs­inin rəisi Azər Abas­ov bildirib.

İdarə rəisi qeyd edib ki, Azərbaycan və Gürcüstan gömrükçülərinin birgə fəaliyyət göstərəcəyi inzibati binanın tikintisi ilə bağlı danışıqlar yekunlaşıb, nəticələr əldə olunub. Tezliklə inzibati binanın tikintisinə başlanılacaq.

A.Abasov əlavə edib ki, birgə binada fəaliyyətin mahiyyəti ondan ibarətdir ki, nəqliyyat vasitəsi hansı ölkədə yoxlanılsa, digər tərəf yoxlama aparmayacaq. Bu da ticarətin asanlaşmasına və sürətli olmasına xidmət edəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Gömrük   Komitə  





Xəbər lenti